Bu gün Rusiya ordusu Ukraynaya 40 raket və 16 zərbə PUA-sı atıb.
Lent.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, raket və PUA-lar vasitəsi ilə vacib infrastruktur və mülki obyektlərə zərbə endirilib. Bu zaman müharibə qanunları və adətləri pozulub. Raketlərlə əsasən Çerkassk və Xmelnitsk şəhərlərindəki obyektlər vurulub.