“Vaqner” hərbi qruplaşması Baxmut uğrunda döyüşlərdə 20 min nəfər itirib.
Lent.az xəbər verir ki, bu barədə qruplaşmanın komandiri Yevgeni Priqojin məlumat verib.
Priqojinin dediyinə görə, həlak olanların yarısı həbsxanadan azad edilərək döyüşə gedən məhbuslardır.
O bildirib ki, indiyədək döyüşlərə 50 min məhbus cəlb edilib.