Roma Papası Fransisk Vatikanın sərt tərəfdarlarının gizli planı ilə devrilə bilərmiş.
Lent.az bildirir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Qeyd olunur ki, Vatikandakı mühafizəkar qanad uzun müddətdir Fransiski kapitalizmə qarşı həddindən artıq tənqidi və qeyri-qanuni immiqrasiyaya münasibətdə həddindən artıq liberal hesab edir.
Adı açıqlanmayan italyan kardinal nəşrə bildirib ki, “gizli plan müxtəlif oxlar və mərhələlər üzrə hazırlanmalı və bir məqsədi olmalı idi – pontifi elə stressə məruz qoymaq ki, Frensis istefa verməli olsun”.
Papanın əleyhdarlarının onun homoseksuallıq və abortdan tutmuş, yenidən evlənib boşananların birləşməsi və keşişlərin subaylığına kimi məsələlərdə mövqeyini tənqid etdiyi bildirilir. Keçmiş Papa Benediktin dekabrın 31-də ölümündən sonra istefa real perspektivə çevrilməli idi”, - qəzet yazır.