Ərdoğanın koronavirusla bağlı tövsiyəsi: "Bunu yesəniz..."
05 fevral 2020 11:23 (UTC +04:00)

Ərdoğanın koronavirusla bağlı tövsiyəsi: "Bunu yesəniz..."

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusdan qorunmaq üçün verdiyi açıqlamalar maraqla qarşılanıb.

Ukrayna səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidentinə koronavirusdan qorunması üçün hansı tədbirləri gördüyü də soruşulub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan tut bəkməzindən istifadə etdiyini açıqlayıb:

“Koronavirusla bağlı xüsusi bir tədbirim yoxdur. Sadəcə hər səhər bir qaşıq tut bəkməzi içirəm. Mənim bir tövsiyəm var. Təbii ki, bunu həkimlər də deyir. Özünüzü soyuqdan gözləyin. Temperaturunuza diqqət edin.  Ən vacibi də özünüzə güvənin.  Yeməklərinizə diqqət edin. Orqanizmimizi gücləndirməliyik. Bizim bəzi dostlarımız sağ olsunlar ara-sıra tut bəkməzi göndərirlər. Mən də hər səhər bir qaşıq içirəm. Çünki bu qida qan yaradır”.   

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2151
avatar

Aygün İbrahimli

Oxşar yazılar