Qorxunc qasırğa Amerika sahillərinə çatdı, bir şəhər işıqsız qaldı
30 avqust 2021 07:21 (UTC +04:00)

Qorxunc qasırğa Amerika sahillərinə çatdı, bir şəhər işıqsız qaldı

Atlantik okeanında meydana gələn dördüncü kateqoriyalı “İda” qasırğası ABŞ-ın Luiziana ştatının Meksika körfəzi sahillərinə çatıb.

APA xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğaları Müşahidə Mərkəzi məlumat yayıb.

Meteoroloqların məlumatına görə, qasırğanın daxilində küləyin sürəti 67 m/s -ə çatır. Bundan əvvəl ABŞ telekanalları qasırğanın içərisində küləyin sürətinin 70 m/s-dən artıq olduqda “İda”nın beşinci kateqoriyaya yüksələ biləcəyini qeyd etmişdilər.

“PowerOutage.US” portalının verdiyi məlumata görə, ABŞ-ın Luiziana ştatının 600 minə yaxın sakini elektrik enerjisindən məhrum olub. Ən çətin vəziyyət əsasən fəlakətdən zərər çəkmiş sahil bölgələrində qeydə alınıb. Güclü külək ağacları kökündən çıxarır, evlərin damlarını qoparır, elektrik xətlərini kəsir.

Ştatın ən çox əhalisi olan Yeni Orlean şəhəri “İda” qasırğası səbəbindən tamamilə işıqsız qalıb. Şəhərdə elektrik enerjisi yalnız generatorlar vasitəsilə əldə olunur. Yeni Orleanda təxminən 380 min insan yaşayır.

Yerli meteoroloqlar şəhərin bir çox bölgəsi üçün sel və tornado təhlükəsi barədə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar