Qorxulu xəstəlikdən 400 nəfər öldü
14 avqust 2023 07:47 (UTC +04:00)

Qorxulu xəstəlikdən 400 nəfər öldü

Banqladeşdə son sutkada daha 11 nəfər danq qripindən həyatını itirib ki, bununla da ölkədə bu xəstəlikdən ölənlərin sayı 398-ə çatıb.

Lent.az xəbər verir ki, Banqladeş Səhiyyə Xidmətləri Baş İdarəsi (DHGS) tərəfindən verilən açıqlamada, bu xəstəlikdən təkcə bir gündə 2 min 905 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ötən il ölkədə 281 nəfər danq qripindən dünyasını dəyişib.

Tropik və subtropik bölgələrdə müşahidə olunan danq qızdırması insanlara ağcaqanadlar vasitəsilə keçir. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.

Alimlər xəbərdarlıq edirlər ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və danq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Oxşar yazılar