Qonşu ölkədə sürücülük vəsiqələri qanunsuz verilirmiş
29 mart 2026 09:14 (UTC +04:00)

Qonşu ölkədə sürücülük vəsiqələri qanunsuz verilirmiş

1

Gürcüstan Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyi sürücülük vəsiqələrinin verilməsi ilə bağlı öz əməkdaşları arasında pozuntular aşkar edib.

Lent.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bir əməkdaş barəsində vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, o, namizədləri qəsdən praktiki imtahandan kəsir və onları əlavə dərslər üçün tanışı olan təlimatçıya yönləndirirmiş. Bunun müqabilində isə maddi gəlir əldə edib.
Daha üç əməkdaş tərəfindən də pozuntulara yol verildiyi aşkarlanıb. DİN-in məlumatına görə, onların əməlləri nəticəsində üç vətəndaşa qanunsuz şəkildə sürücülük vəsiqəsi verilib.
Yoxlamanın nəticələrinə əsasən, hər üç əməkdaş işdən azad edilib.

Araşdırma davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 298

Oxşar yazılar