Sakit okeanda Kamçatka sahillərində 6,1 maqnitudalı zəlzələ olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Geoloji Xidməti məlumat yayıb.
Yerli vaxtla saat 18.03 radələrində baş verən zəlzələnin ocağı Petropavlovsk-Kamçatskdan 340 km uzaqlıqda, 58,8 km dərinlikdə yerləşib.