Qohumlar arasında atışma oldu: Ölən və yaralananlar var
09 mart 2023 06:11 (UTC +04:00)

Qohumlar arasında atışma oldu: Ölən və yaralananlar var

0

Türkiyənin Mardin vilayətinin Kızıltəpə rayonunda qohumlar arasında silahlı insident baş verib.

Lent.az “Haber türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Hadisə axşam saatlarında rayonun Araköy Məhəlləsində baş verib.

Düşmən sayılan ailələr arasında naməlum səbəbdən mübahisə düşüb. 
Müzakirə tezliklə atışmaya çevrilib.

Hadisə yerinə polis, jandarma və sağlamlıq qrupları sövq edilib.

Yaralılar, hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından Kızıltepe Dövlət və mahaldakı xüsusi xəstəxanaya aparılıb.

Yaralılar arasında vəziyyəti ağır olan Hadi Kaplan bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Hadisə ilə bağlı araşdırma başlanarkən, xəstəxana qarşısında və məhəllədə geniş təhlükəsizlik tədbirləri görülüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2427

Oxşar yazılar