Qəzza zolağında ölən fələstinlilərin sayı artıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Fələstin Muxtariyyətinin Səhiyyə Nazirliyi bildirir ki, oktyabrın 7-də döyüşlər başlayandan bəri İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 2215 fələstinli ölüb, 8714 nəfər isə yaralanıb.
İsrail ordusunun məlumatına görə, ötən həftə sonu Həmas-ın hücumundan sonra İsrail ərazisində təxminən 1500 terrorçunun cəsədi tapılıb.