Qəzza zolağında İsraillə münaqişə nəticəsində ölənlərin sayı 900-ə çatıb.
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi "Facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, 4500 nəfər xəsarət alıb.
Ölənlərdən 260-ı uşaq, 230u isə qadındır.
Qurbanlar arasında altı tibb işçisi və səkkiz media işçisi də var.
Məlumata görə, 140 mindən çox sakin İsrailin atəşi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalıb.