Qazaxıstanda xüsusi əməliyyat - 40 nəfər saxlanıldı
06 mart 2023 08:17 (UTC +04:00)

Qazaxıstanda xüsusi əməliyyat - 40 nəfər saxlanıldı

0

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər.

 Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədləşmə və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul müsadirə olunub. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1793

Oxşar yazılar