Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş parlayış zamanı ölənlərlə bağlı avqustun 29-da ölkə ərazisində matəm elan olunub.
APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Twitter"də bildirib: "Bayzak rayonunda insanların ölümü ilə nəticələnən faciəli hadisə ilə əlaqədar olaraq 29 avqustu ümumxalq hüzn günü elan edirəm.
Həlak olan hərbçilər və xilasedicilər əsl qəhrəmanlıq və fədakarlıq göstərdilər. Onlar xalqın yaddaşında əbədi olaraq qalacaqlar".