Meksikanın Quanaxuato ştatının Leon şəhərində yük qatarı minik maşınını vurub.
Lent.az xəbər verir ki, bu barədə “Televisa” kanalı məlumat yayıb.
Avtomobilin içərisində sürücü ilə yanaşı 4 uşaq olub. Hamısı hadisə zamanı dünyasını dəyişib.
Prokurorlar faciənin başvermə səbəblərini araşdırır.
Şahidlərin sözlərinə görə, dəmiryol xəttini keçən avtomobilin sürücüsü qatarın gəldiyini görüncə, nə qədər yayınmağa çalışsa da bacarmayıb.
Ölən uşaqlardan ikisi sürücünün oğludur. Onlardan biri 12, digəri 11 yaşlarında idi.
İlkin məlumatlara görə, onlar futbol matçına gedirmişlər.