Qasırğada ölənlərin sayı 48-ə çatdı
30 oktyabr 2023 03:58 (UTC +04:00)

Qasırğada ölənlərin sayı 48-ə çatdı

Meksikada “Otis” qasırğası nəticəsində ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat verilib.

Təbiət hadisəsi 48 nəfərin həyatına son qoyub.

Altı nəfər itkin düşmüş hesab olunur.

500 mindən çox insan elektrik enerjisiz qalıb.

Bölgədə qasırğanın nəticələrinin aradan qaldırılması işlərinə 8500-ə yaxın hərbi qulluqçu və enerji şirkətlərinin 1300 əməkdaşı cəlb olunub.

"Otis" qasırğası oktyabrın 25-nə keçən gecə Akapulko şəhərini vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Oxşar yazılar