Fransanın cənub-qərbində Dyeqo qasırğası ciddi fəsad törədib.
Lent.az-ın “Meteo France”a istinadla xəbərinə görə, qasırğa infrastruktura cizzi ziyan vurub. Külək ağacları aşırıb, 50 mindən çox evin elektrik təchizatı kəsilib. Üzərinə ağac aşan 2 nəfər xəstəxanaya yerləşdirilib.
Külək ölkənin şərqinə doğru irəlilədiyi üçün bir neçə regionda sarı və narıncı həyəcan elan edilib. Şərq regionlarında leysan xəbərdarlığı edilib.