Qara Dənizdə Yaponiyaya məxsus GƏMİ VURULDU
26 fevral 2022 10:51 (UTC +04:00)

Qara Dənizdə Yaponiyaya məxsus GƏMİ VURULDU

Qara dənizdə Yaponiyaya məxsus yük gəmisi vurulub.

Lent.az-ın  "Japan Times"ə istinadən xəbərinə görə, Qara dənizin Ukrayna sahillərində Yaponiya firmasına məxsus yük gəmisi raketlə vurulub.

Ehime prefekturasının İmabari şəhərində yerləşən gəmi nəqliyyatı firmasının bu gün yaydığı məlumata görə, Panamada qeydiyyatdan keçmiş “Namura Queen” yük gəmisi fevralın 25-də vurulub və 20 filippinli ekipajdan bir nəfəri çiynindən həyati təhlükəsi olmayan xəsarət alıb.

Firma gəmiyə dəyən zərərin qiymətləndiriləcəyini və gəminin Türkiyəyə yollandığını bildirib. Ukrayna hökuməti raketin Rusiya qüvvələri tərəfindən atıldığını bildirib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan bəri son 3 gündə Qara dənizdə üç qeyri-hərbi gəmi vurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2721
avatar

Fidan İlqar

Oxşar yazılar