Qadınların çılpaq videolarını toplayan “ginekoloq” həbs edildi
18 dekabr 2021 06:21 (UTC +04:00)

Qadınların çılpaq videolarını toplayan “ginekoloq” həbs edildi

İtaliya polisinin 40 yaşlı kişinin evində axtarış aparması maraqlı faktları üzə çıxarıb.

Lent.az-ın xəbərinə görə, çoxsaylı şikayətlərdən sonra polis “ginekoloq”un evində axtarış aparıb. 

Bu zaman onlarla telefon və yaddaş kartı ələ keçib. Məlum olub ki, həmin şəxs xəstəxanada işləyir və yaxma verən qadınların kontaktlarını əldə edib. Bundan sonra o, həmin qadınlarla əlaqə saxlayaraq onlarda infeksiya olduğunu bildirib. Kişi pandemiyanı əsas gətirərək qadınlara çölə çıxmamağı, “Zoom” proqramı ilə müayinə edilməyi təklif edib. Kamera qarşısında soyunan qadınların hərəkətləri isə kompüterdə qeyd olunub. Ehtimala görə, ginekoloq azı 400 qadını bu yolla “müayinə edib”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298
avatar

Oxşar yazılar