Qadın məhkum 43 il sonra  bəraət aldı
23 iyul 2024 18:44 (UTC +04:00)

Qadın məhkum 43 il sonra bəraət aldı

ABŞ-da etmədiyi cinayətə görə həbs olunan Sandra Hemme 43 il sonra azadlığa buraxılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hemme 1980-ci ildə 20 yaşında ikən kitabxanada işləyən Patrikia Yeşkeni bıçaqlayaraq, öldürmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Hemme yalnız psixiatriya xəstəxanasında ağır sakitləşdirici dərmanın təsiri altında hadisəni etiraf edib. Bundan başqa onun qətldə 
əli olduğunu göstərən sübut olmayıb.

İndi Hemmenin ABŞ tarixində haqsız yerə ən uzun müddət həbsdə qalan şəxs olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Oxşar yazılar