Tuapse şəhərində kəskin hava şəraiti davam edir.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, güclü yağış Tuapse bölgəsində daşqınlara səbəb olub, çaylar sahillərini aşıb, sel avtomobilləri aparıb. Üç nəfər itkin düşmüş hesab olunur.
Təbii fəlakət zamanı daşqınla mübarizə aparan orta yaşlı qadın gündəm mövzusu olub. Qadın dizinə qədər palçıqlı suya girərək, döşəmə silənlə suyu çəkməyə çalışıb. Nəticədə çirkab suları kanalizasiyaya axıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə maraqlı rəylər də gəlib: “Qadın şəhərimizin xilaskarıdır”, “Qəhrəmanları tanımaq lazımdır. Döşəmə silən bizim hər şeyimizdir”.