Putinin adminstrasiyasının əməkdaşları da  COVID-dən ölür
19 dekabr 2021 19:47 (UTC +04:00)

Putinin adminstrasiyasının əməkdaşları da COVID-dən ölür

Prezident administrasiyasının əməkdaşları və onların qohumları da koronavirusdan ölür.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov etiraf edib. O, bununla bağlı Azərbaycan əsilli jurnalist Nailə Əsgərzadənin “Rossiya-1” telekanalında yayımlanan “Təhlükəli virus. İkinci il” filmində açıqlama verib. 

“Prezident administrasiyasının işçiləri və onların yaxınları da COVID-dən ölür, insanların bir qismini uzaqdan işə keçirməyə çalışırıq”, - Peskov vurğulayıb. 

Eyni zamanda Peskov əmindir ki, heç kim Putinin özünə koronavirus yoluxdurmayacaq: bunun qarşısını almaq üçün kifayət qədər tədbirlər görülür.

“Yaxşı, qulaq asın – o Putindir, kim onu yolxduracaq?”, - Peskov deyib.
na yoluxacaq Putindir

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Oxşar yazılar