Putin Trampla görüş üçün Alyaskaya uçdu
15 avqust 2025 19:33 (UTC +04:00)

Putin Trampla görüş üçün Alyaskaya uçdu

Rusiya prezidenti Vladimir Putinin olduğu təyyarə Maqadandan havaya qalxıb. Təyyarə Ankoricə istiqamətlənib, burada Rusiya lideri ilə Ağ Evin rəhbəri Donald Trampın görüşü baş tutacaq.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə məlumat “Flightradar” xidmətinin bazasından əldə olunub. Qeyd olunur ki, uçuş təxminən 4 saat davam edəcək.

Putin və Trampın görüşü yerli vaxtla 11:00–11:30 JBER hərbi bazasında başlayacaq. Liderlər bir sıra beynəlxalq və regional mövzuları, Rusiya–ABŞ münasibətlərini, həmçinin Ukrayna münaqişəsinin həllini müzakirə edəcəklər.

Rusiya nümayəndə heyətinə Rusiya xarici işlər naziri Sergey Lavrovla yanaşı, müdafiə naziri Andrey Belousov, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, maliyyə naziri Anton Siluanov və investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə Kirill Dmitriyev daxil olub. Danışıqlardan əvvəl Rusiya və ABŞ liderləri mətbuat üçün bəyanatlar verəcək, görüşdən sonra isə birgə mətbuat konfransı keçirəcəklər. Müzakirələrin əsas mövzusu Ukrayna böhranının həlli olacaq. Görüşün 6-7 saat davam edəcəyi ehtimal edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar