Putin ilk dəfə Rusiya ordusunun Ukraynada  itkilərini   AÇIQLADI
14 dekabr 2023 19:22 (UTC +04:00)

Putin ilk dəfə Rusiya ordusunun Ukraynada itkilərini AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin “İlin nəticələri” mətbuat konfransında bildirib ki, hazırda Ukrayna hərbçilərinə qarşı döyüşlərdə 617 min rus əsgəri iştirak edir, hesablamalara görə isə itkilər 360 min nəfərdən çox olub.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, beləliklə, ümumi sayı 244 min səfərbər edilmiş və 486 min könüllü, həmçinin 2022-ci ilin fevralında Ukrayna ərazisini işğal edən 250 min rus əsgəri ordusudur. Beləliklə, sadə hesablamalar nəticəsində rahatlıqla deyə bilərik ki, Ukraynadakı bütün döyüş əməliyyatları dövründə Rusiya ordusu 363 min əsgər itirib.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəsmi məlumatına görə, 2023-cü il dekabrın 14-nə Rusiya ordusunun Ukraynadakı itkiləri təxminən 342,8 min nəfər təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5820
avatar

Oxşar yazılar