Rusiyalı müğənni Alla Puqaçova övladları Liza və Harri ilə birlikdə İsraili tərk edib.
Lent.az "Kp.ru"ya istinadən xəbər verir ki, onlar Kiprə gediblər.
Nəşrin məlumatına görə, diva Kipr pasportundan istifadə edib.
Xəbərdə deyilir ki, o və uşaqları yeni ili adada keçirəcəklər.
Oktyabrın 19-da komediya ustası Maksim Qalkin (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) İsraili tərk edərək Kiprə gəldiyini açıqlayıb.
Bundan əvvəl bəstəkar Nikolay Aqutin müğənni Alla Puqaçovanın İsrailə mühacirətini düşünülməmiş addım adlandırmışdı.
Şair deyib ki, o, Rusiyanı tərk edərək axmaqlıq etmiş Puqaçovaya “insanca yazığı gəlir”.
2022-ci ilin oktyabrında Qalkin və həyat yoldaşı Alla Puqaçova uşaqları ilə birlikdə Rusiyadan İsrailə uçub.