Polisdən qaçmağa çalışan sürücü QƏZA TÖRƏTDİ: Ölənlər var
09 noyabr 2023 04:09 (UTC +04:00)

Polisdən qaçmağa çalışan sürücü QƏZA TÖRƏTDİ: Ölənlər var

ABŞ-nin Batesvil şəhəri (Texas ştatı) yaxınlığında ağır yol qəzası olub.

Lent.az-ın məlumatına görə, bu barədə NBC yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, insan qaçaqmalçılığında şübhəli bilinən sürücüyə polislər saxla əmri veriblər.

Hüquq-mühafizə orqanı əməkdaşlarından qaçmağa çalışan sürücünün yük maşını ilə toqquşması ağır qəzaya səbəb olub və nəticədə səkkiz nəfər ölüb.

NBC televiziyasının məlumatına görə, yük maşınında olan bir neçə sərnişin Honduras vətəndaşları olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3174
avatar

Oxşar yazılar