Fransanın Drom departamentində polisin təsadüfi yoxlaması zamanı 2 nəfərin böyük həcmdə oğurluq etdiyi məlum olub.
Lent.az-ın xəbərinə görə, polislər saxladıqları avtomobilin yük yerinə baxış keçirərkən oradan 80 qutu kərə yağı və külli miqdarda bahalı şokolad aşkara ediblər.
Polis idarəsində dindirmə zamanı saxlanan şəxsləri n Gürcüstan vətəndaşları olduğu üzə çıxıb. Müstəntiqlər bildiriblər ki, son vaxtlar departamentdə bu tip kiçik əşyaların oğurlanması geniş yayılıb.
Məhkəmənin qərarı ilə hər 2 gürcü barədə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı oğurluq maddəsi ilə ittiham irəli sürülüb.