Polis Perunun ABŞ-dakı səfirinin iqamətgahına girən şəxsi güllələyib.
Lent.az-ın “Le Matin” saytına istinadla xəbərinə görə, hadisə Vaşinqtonda baş verib.
Səhər saatlarında (Bakı vaxtı ilə axşam saatlarında) əlində armatur parçası olan şəxs səfirin iqamətgahının bağçasına daxil olub. Bu zaman səfir və arvadı da evdə olub. Hadisə yerinə çağırılan polis naməlum şəxsə elektroşok tətbiq etsə də, faydası olmayıb. Buna görə də, bağa girən şəxs güllələnib. Meyit şəxsiyyəti müəyyən edilmək üçün morqa aparılıb.
Vaşinqtonun polis rəisi Robert Konti bildirib ki, hadisə zamanı diplomatik korpusdan heç kim xəsarət almayıb.