Polis Gürcüstan vətəndaşının evində 3 ton yanacaq aşkar etdi 
07 aprel 2022 08:01 (UTC +04:00)

Polis Gürcüstan vətəndaşının evində 3 ton yanacaq aşkar etdi 

Hadisə Fransanın Sen-Briok komunasında baş verib.

Lent.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, polis bir evin ətradında son həftələrdə hərəkətliliyin artdığının şahidi olub. Qonşular da bu evə çox sayda kənar avtomobilin gəldiyini bildiriblər.

Polis ötən gecə əlində bidon evə gedən şəxsi saxladıqda hər şey məlum olub. Evə baxış zamanı 3 tondan çox yanacaq aşkar edilib.

Məlum olub ki, Gürcüstan vətəndaşları yaşadıqları ərazidəki avtomobillərin yanacağını çəkərək ucuz qiymətə satırmış.
Polis faktı rəsmiləşdirərək məhkəməyə göndərib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar