Braziliya şəhər Federal Dairəsinin hərbi polis helikopterindən etirazçılara səs, gözyaşardıcı və tüstü qumbaraları atılıb.
Lent.az xəbər verir ki, bu barədə rəsmi Agencia Brasil agentliyi məlumat yayıb.
Agentliyin məlumatına sözlərinə görə, Milli Qvardiya və ordu hissələri artıq sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının basqın etdiyi prezident sarayına, həmçinin Federal Ali Məhkəmənin və Parlamentin binalarına nəzarəti bərpa edirlər.