Fransa polisinin Mozel departamentində keçirdiyi əməliyyat zamanı 1300 kq marixuana müsadirə edilib.
Lent.az “Le Matin” saytına istinadla xəbər verir ki, əməliyyat zamanı 5 nəfər saxlanılıb. Onlardan üçü barədə həbs qətimkan tədbiri seçilib. ələ keçirilən narkotik vasitənin dəyəri 400 min dollardan çoxdur.
İstintaq müəyyən edib ki, narkotik vasitə İspaniyadan yük avtomobili ilə ərzaq məhsullarının arasında gətirilib.