Ermənistanda naməlum şəxs polis bölməsinə qumbara atıb.
Lent.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Hadisə Geğarkunik vilayətinin Vardenis rayonundakı polis bölməsində baş verib.
Qeyd olunur ki, partlayış nəticəsində xəsarət alan olmayıb, polis binasına ziyan dəyib.
Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat qrupu yaradılıb.