Polis bölməsi yandı
04 mart 2023 18:29 (UTC +04:00)

Polis bölməsi yandı

0

Tailandın paytaxtı Banqkokun Sathorn rayonunda polis bölməsinin yanğın baş verib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, alov tezliklə üçmərtəbəli binanı tam bürüyüb. Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı vaxtaşırı partlayış səsləri də eşidilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər damın uçması ehtimalına ancaq kənardan müdaxilə etməli olub.

Yanğın 1 saatdan sonra nəzarətə götürülüb.

Hadisə zamanı ölən və yaralananlar olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2352

Oxşar yazılar