Polis 800 yaşlı “sevgilisi”  ilə gəzən şəxsi saxladı
04 mart 2023 08:09 (UTC +04:00)

Polis 800 yaşlı “sevgilisi” ilə gəzən şəxsi saxladı

0

 Bu günlərdə qədim mumiyanı gəzintiyə çıxaran Peru vətəndaşını polis saxlayıb. 

Lent.az-ın xəbərinə görə, 27 yaşlı gənc izotermik qabda mumiya gəzdirdiyi üçün şübhə doğurub və polis onu saxlayıb. 

Gənc oğlan mumiyanın sevgilisinə aid olduğunu desə də, reallıq üzə çıxıb. 

Məlum olub ki, 800 yaşlı artefaktı onun babası vaxtilə pulla alıb. Lakin muzeyə hədiyyə etmək istəsə də, muzey götürmədiyindən evdə saxlayıb.

Bu dəfə oğlan sərbəst buraxılıb, “sevgilisi” isə muzeyə verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2072

Oxşar yazılar