Rusiyada daha bir səs-küylü cinayətin təfərrüatı məlum olub.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Saratov şəhərinin 4-cü polis bölməsində baş verib.
18 yaşlı qız polis tərəfindən saxlanılaraq bölməyə gətirilib. Sonra növbətçi hissənin polis əməkdaşı qızı istirahət otağına gətirərək vəhşicəsinə döyüb, ardınca isə zorlayıb. Zərərçəkən elə o vəziyyətdə də küçəyə atılıb.
Rusiya İstintaq Komitəsinin regional İstintaq İdarəsi tərəfindən hadisənin təfərrüatları açıqlanıb.
Bölməyə gətirilən gənc qız sən demə, polisin dostunun arvadı ilə dava edib. Hadisə qisasçılıq zəminində törədilib.
Polis əməkdaşı həbs edilib, vilayət məhkəməsinin qərarı ilə ümumi rejimli cəzaçəkmə müəssisəsində olmaqla 6 il azadlıqdan məhrum edilib. Həmçinin, ona 3 il müddətinə Daxili İşlər Nazirliyində vəzifə tutmaq qadağan edilib.