Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak
28 aprel 2022 01:32 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak

Podolyak BMT-ni tənqid etdi

Ukrayna Prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Birləşmiş Millətlər Təşkilatını (BMT) tənqid edib.

Lent.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o BMT-ni “zəif təşkilat” adlandırıb.

O, BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada sülhün bərqərar olması səyləri çərçivəsində əvvəlcə Rusiyaya, daha sonra Kiyevə getməsinə reaksiya verib.

“Mən təəccüblənirəm ki, BMT kimi təşkilatın nümayəndələri Ukraynaya deyil, ilk növbədə Rusiya Federasiyasına gedirlər. Yalnız müharibənin 63-cü günündə humanitar dəhlizlərdən danışmağa başlamaları qəribə səslənir. BMT zəif təşkilatdır”, - deyə Podolyak bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

Oxşar yazılar