Pis hava 12 nəfərin ölümünə səbəb oldu
20 iyun 2021 21:16 (UTC +04:00)

Pis hava 12 nəfərin ölümünə səbəb oldu

ABŞ-ın Alabama ştatında pis hava şəraiti səbəbindən yaranmış qəzalarda 10 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İki avtomobilin toqquşması nəticəsində doqquz uşaq və bir yetkin insan ölüb. Telekanalın yerli icra orqanlarına istinadən verdiyi məlumata görə, hadisə bölgədə tüğyan edən cərəyanlar səbəbindən baş verib.

Yerli “Tuscaloosa News” qəzeti pis hava şəraitinin səbəb olduğu daha bir hadisə barədə xəbər verib: ağac bir evin üstünə aşıb, 24 yaşlı kişi və onun 3 yaşlı oğlu ölüb.

“USA Today” qəzeti xəbər verir ki, cərəyan ABŞ-ın Alabama ştatında leysan yağışlara, daşqına və güclü küləklərə səbəb olub.

# 1377
avatar

Oxşar yazılar