Pilot etiraz etdi, Məşhəd-İstanbul reysi təxirə salındı
13 avqust 2022 18:14 (UTC +04:00)

Pilot etiraz etdi, Məşhəd-İstanbul reysi təxirə salındı

İranda pilotun uçuşa etirazı Məşhəd-İstanbul reysini təxirə salıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saat 09:30-da Məşhədin Şəhid Haşemi Nejad Hava Limanından İstanbula uçmalı olan 9735 nömrəli reysdə təyyarənin təkərlərinin saf (keçəl) olması reys pilotunun etirazına səbəb olub və uçuş təxirə salınıb.

Təyyarə təkərinin partlama ehtimalı olduğu üçün reys üçün uyğun təkərlər Tehrandan tələb olunub. Reys, təkərlər gəlib dəyişdirilənə qədər təxirə salınıb.

Qeyd edək ki, ötən həftələrdə Məşhəd Beynəlxalq Hava Limanında təyyarənin təkəri partlaması nəticəsində iki dəfə qəzalı enişi olub. Hər iki enişdə sərnişinlər ziyan görməsə də, təyyarəyə ziyan dəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1812
avatar

Oxşar yazılar