Pələng işdən qayıdan polisi parçaladı
06 fevral 2026 13:31 (UTC +04:00)

Pələng işdən qayıdan polisi parçaladı

0

Hindistanın Arunaçal-Pradeş ştatında pələng polisi parçalayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Çikseng Manpanq adlı polis əməkdaşı pələngin hücumuna məruz qalıb. Şahidlərin sözlərinə görə, kişi işdən evə qayıdarkən yırtıcı heyvan onun üzərinə atılıb, motosikletdən yıxıb və meşəyə sürükləyib.

Daha sonra polis əməkdaşını ağacların arasında tapsalar da, onu xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar