ABŞ-da patrul avtomobilində həmkarı ilə cinsi əlaqədə olan qadın polis xidmətdən qovulub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə 2022-ci ildə Texasda baş verib. Yoldan keçən bir nəfər kafenin qarşısında dayanan polis maşınına diqqət edib. O, müstəntiqlərə deyib ki, patrul maşınının saxlandığı ərazinin yaxınlığında cinsi məmnunluq səslərinə bənzər iniltilər eşidib. Sonradan məlum olub ki, kabinədə serjant Kelli Metz və onun tabeliyində olan Patrik Börn olub.
Dindirmə zamanı Metz tabeliyində olan işçi ilə cinsi əlaqədə olması iddialarını qəti şəkildə rədd etsə də, sonradan aralarında əlaqənin olduğunu boynuna alıb.
İşçi peşə kodeksini pozduğuna görə işdən çıxarılıb, onun tabeliyində olan işçi isə başqa polis bölməsinə köçürülüb.