Meksikanın Zakatekas əyalətində patrul maşınına silahlı basqın nəticəsində 3 polis məmuru həyatını itirib.
Lent.az-ın məlumatına görə, bu barədə ştatının baş katibi Rodriqo Reyes Muqerza məlumat verib.
O, hücumda biri qadın olmaqla 3 polisin həyatını itirdiyini bildirərək bu şəxslərin ailələrinə başsağlığı verib.
Baş katib həmçinin hücum edənlərdən 3-nün öldürüldüyünü də bildirib.
Hücum əmri verənlərin tutulması üçün genişmiqyaslı əməliyyata başlanıldığını söyləyən Muqerza cinayəti törədənlərin yaxalanması üçün bütün imkanlardan istifadə edəcəklərini deyib.