İrəvan sakini Ermənistanın Baş naziri Nikol Paşinyanı və yüksək texnologiyalar sənayesi naziri Vaaqna Xaçaturyanı təhqir etdiyinə görə 500 min dram məbləğində (təxminən 1000 dollar) cərimələnib.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
2021-ci il noyabrın 5-də P.S. ağır təhqirdə ittiham olunub.
O, sentyabrın 20-də polisə zəng edərək, İrəvanda ictimai nəqliyyatın təşkilindən narazı qalaraq, baş nazir Nikol Paşinyana və yüksək texnologiyalar sənayesi naziri Vaaqna Xaçatryana, habelə onların ailələrinə qarşı söyüş söyüb.
İstintaq və məhkəmə prosesində P.S. günahını boynuna alıb. Barəsində Ermənistan CM-nin 137․1 (ağır təhqir) maddəsi üzrə ilk məhkəmə hökmü çıxarılıb.