Paşinyan  Arazdəyən-Mehri   dəmir yolunun bərpası üçün işçi qrup yaratdı
14 yanvar 2022 18:49 (UTC +04:00)

Paşinyan Arazdəyən-Mehri dəmir yolunun bərpası üçün işçi qrup yaratdı

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Mehri dəmir yolu xəttinin bərpası üçün işçi qrupun yaradılması barədə qərar verib.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, işçi qrupa 10 nəfər daxil edilib.

İşçi qrupun sədri, Ermənistanın İrandakı sabiq səfiri, hazırda baş nazirin köməkçisi olan Artaşes Tumanyan təyin olunub.

O, hər rüb görülən işlər barədə hesabat təqdim etməlidir.

Arazdəyən-Mehri dəmir yolunun əsas hissəsi Naxçıvan Muxtar Respublikasının ərazisindən keçəcək.

# 1377
avatar

Oxşar yazılar