Moldova parlamentində dövlət dilinin adının rumın dilinə dəyişdirilməsi təşəbbüsünün müzakirəsi zamanı əlbəyaxa dava olub.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Kommunistlər və Sosialistlər Blokunun müxalif deputatları tribunaya çıxaraq “Konstitusiyaya lağ etməyin”, “Molodova, moldovalılar” plakatları açıblar.
Hakim “Fəaliyyət və Həmrəylik” partiyasının deputatları müqavimət göstərmək qərarına gələrək “manqurtlar” qışqıraraq sosialistləri və kommunistləri geri itələməyə çalışsalar da, nəticəsi olmayıb. Lakin dövlət dilinin adının dəyişdirilməsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib.