Pandemiyadan sonrakı ilk böyük Həcc ziyarəti başladı
06 iyul 2022 06:55 (UTC +04:00)

Pandemiyadan sonrakı ilk böyük Həcc ziyarəti başladı

İyulun 6-da koronavirus pandemiyasında sonra ilk böyük Həcc ziyarəti başlayıb.

Lent.az xəbər verir ki, bu il Səudiyyə Ərəbistanı peyvənd olunmuş 1 milyon zəvvarın Məkkəyə gəlməsinə icazə verib. 

Onlardan 850 min nəfəri əcnəbilərdir. Ziyarət zamanı tibbi maskadan istifadə könüllüdür. Bununla belə, bəzi kütləvi ayinlərin icrasına yaşı 65-dən aşağı olan şəxslər buraxılmır.

Pandemiya dövründə Həcc ziyarətinə ciddi məhdudiyyət tətbiq edilib. 2020-ci ildə pandemiyanın ən şiddətli vaxtında Həcc ziyarətinə təxminən 10 min nəfər gedə bilib. 2021-ci ildə isə Səudiyyə Ərəbistanı vətəndaşları və bu ölkədə daimi yaşayan əcnəbilər arasında 60 000 nəfərə ziyarət nəsib olub. 

Statistika göstərir ki, cari ildə şərtlər yumşaldılsa da, zəvvar sayı pandemiyadan əvvəlki  həddə çatmayıb. 2019-cu ildə Məkkəni ziyarət etməyə 2,5 milyon nəfər gəlmişdi.

# 1212
avatar

Oxşar yazılar