İsrail hökuməti ölkədə koronavirusun “Omikron” variantının yayılmasının qarşısını almaq üçün əksər ölkələrin vətəndaşları üçün sərhədlərini müvəqqəti bağlayıb, bir sıra məhdudiyyətlər tətbiq edib.
Lent.az-ın “Jerusalem Post” qəzetinə istinadən verdiyi xəbərə görə, İsrail hökuməti bu barədə dünən axşam məlumat yayıb.
Məhdudiyyətlər bu gündən qüvvəyə minir.
Qeyd edək ki, hazırda İsraildə koronavirusun “Omikron” variantına bir nəfərin yoluxduğu təsdiqlənib, 7 nəfər isə testin nəticəsini gözləyir.
Yeni qaydalara əsasən, İsrailə gələn istənilən xarici ölkə vətəndaşı, o cümlədən peyvənd olunanlar 3 gün karantində qalacaq. Ölkəyə gələnlər aeroportda test verəcəklər. Əgər İsrailə səfərdən sonra üçüncü gün testin nəticəsi neqativ çıxarsa, həmin əcnəbilərə karantindən çıxmağa icazə veriləcək. Xaricdən gələn və peyvənd olunmayan İsrail vətəndaşları üçün karantin müddəti 7 gün olacaq. Əcnəbilər karantin müddətində xüsusi oteldə qalmalıdırlar.
Xatırladaq ki, İsrail hökuməti bundan əvvəl koronavirusun “Omikron” variantının yayıldığı bir sıra Afrika ölkələrindən ölkəyə səfərlərə məhdudiyyət qoymuşdu.

“Omikron” sərhədləri bağlatdırmağa başladı
Oxşar yazılar

Şvartseneggerin 100 yaşlı məşqçisi yeni dünya rekordu qırdı
20 may 2025 , 05:15
“Netflix” süni intellekt reklamlarını seriallara inteqrasiya etməyi planlaşdırır
20 may 2025 , 04:13
İndoneziyada vulkan püskürdü
20 may 2025 , 01:21
Tramp-Putin danışığının DETALLARI açıqlandı
19 may 2025 , 22:26
“Telegram”ın qurucusundan qalmaqallı açıqlama - Seçkiyə müdaxilə etməyimi istədilər
19 may 2025 , 05:12
Oyun şirkətindən fantastik təklif - 9000 AZN maaşa işçi axtarır
19 may 2025 , 04:12
Rumıniyanın yeni prezidenti bəlli oldu
19 may 2025 , 02:32