Son 24 saat ərzində Tokio Yay Olimpiya Oyunlarında iştirak edən azı 9 nəfərdə koronavirus aşkar edilib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “Tokyo 2020”nin təşkilat komitəsinin hesabatında bildirilib.
Yoluxma Oyunlarda iştirak edən 1 yapon könüllüsü, 6 yapon podratçısı və 1 əcnəbidə aşkar edilib. Digər yoluxan şəxs isə Olimpiya kəndi ərazisində yerləşən xarici idmançıdır. Onların hər biri iki həftəlik karantinə alınıb.
Qeyd edək ki, Olimpiyada çərçivəsində yoluxanların ümumi sayı, 31-i əcnəbi olmaqla, 71 nəfərə çatıb.