Ögey ata azyaşlı qızlara seksual hərəkətlər etdi
04 mart 2023 18:00 (UTC +04:00)

Ögey ata azyaşlı qızlara seksual hərəkətlər etdi

0

Rusiyanın Həştərxan şəhərində ögey ata iki azyaşlı qızını zorlamaqda şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, polisə 33 yaşlı qadın müraciət edib. O bildirib ki, əri altı il ərzində onun 11 və 9 yaşlı qızlarına cinsi təcavüz edib. Qadın hesab edir ki, kişi cinayətlərə ən kiçik qızın cəmi üç yaşı olanda - altı il əvvəl, 2017-ci ildən başlayıb.

Müraciət faktı üzrə Cinayət Məcəlləsinin 132-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi ( Seksual xarakterli zorakılıq hərəkətlər) ilə cinayət işi başlanıb.

Şübhəli həbs edilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2763

Oxşar yazılar