Nur-Sultan yenidən  Astana oldu
17 sentyabr 2022 16:39 (UTC +04:00)

Nur-Sultan yenidən Astana oldu

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə konstitusiyasına dəyişiklikləri imzalayıb və Nur-Sultan şəhərinin köhnə adını - Astananı qaytarıb. 

Lent.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Sentyabrın 15-də parlament ad dəyişdirilməsi haqqında qanunu yekdilliklə qəbul edib və imzalanması üçün prezidentə göndərib. 

Eyni zamanda, Tokayev özü hələ 2019-cu ildə Astananın adının Nur-Sultan olaraq dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib və müvafiq fərman imzalayıb. O, 30 il dövlətə rəhbərlik etmiş Nursultan Nazarbayevin adının əbədiləşdirilməsini, şəhərin onun şərəfinə adlandırılmasını təklif edib. Keçmiş adın paytaxta qaytarılmasına baxmayaraq, Tokayev hesab edir ki, Qazaxıstanın birinci prezidentinin adını daşıyan digər obyektlər də öz adlarını saxlamalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Oxşar yazılar