Fransada güclü yanğından zərər çəkən Notr-Dam kilsəsinin bərpası davam edir.
Lent.az-ın “France24”ə istinadən verdiyi məlumata görə, kafedral 2024-cü ilin sonunda öz qapılarını ziyarətçilərin üzünə açmağı planlaşdırır.
- Yenidənqurma sürətlə inkişaf edir, - Fransa Mədəniyyət Nazirliyi əmin edib.
Bildirilib ki, 2023-cü ilin sonuna qədər kafedralın şpilinin (dam – red.) qaytarılması planlaşdırılır. Konstruksiya üçün 500 ton palıd ağacı, örtük və bəzək üçün 250 ton qurğuşun işlənib.
Xatırladaq ki, yanğın 2019-cu ilin aprelində Notr-Dam kilsəsi yanıb. Xilasedicilər yanğınla 14 saatdan çox mübarizə aparıblar. Hadisə nəticəsində kafedralın binasına ciddi ziyan dəyib.