2023-cü il üzrə Nobel Sülh mükafatı Cənubi Azərbaycandan olan hüququ müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib.
Lent.az xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsindən bildirilib.
Nərgiz Məhəmmədi tanınmış jurnalist və hüquq müdafiəçisidir. O, 1972-ci il aprelin 21-də Zəncan şəhərində anadan olub.
2022-ci ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda həbsdə olan Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə "Sərhədsiz Reportyorlar" Təşkilatının "Cəsarət Mükafatı” verilib.